"Real"da narazılıq

"Real"ın komandada az oyun keçirən futbolçuları qış transfer pəncərəsində klubdan ayrılmaq istəmirlər. 

Sportline.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Madrid təmsilçisi qışda Marselo, İsko, Qaret Beyl, Eden Hazardı satmağa hazırdır. Lakin sözügedən oyunçular komandada şans əldə edəcəklərinə inanırlar. Onlar əks-halda müqavilə müddətdləri başa çatdıqdan sonra və ya qış transfer pəncərəsində getməyi üstün tuturlar.