"Real"da şok zədə

"Real"ın futbolçusu Dani Karvahal zədələnib.

Sportline.az AS-a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi Çempionlar Liqasının yarımfinalında "Çelsi" ilə ilk matçda (1:1) sıradan çıxıb. Buna görə də Karvahal mövsümün qalan hissəsində meydana çıxmayacaq.

Qeyd edək ki, Karvahal bu mövsüm zədələr səbəbindən La Liqada cəmi 13 matç keçirib.