"Real"da yeni müqavilə

"Real" futbolçusu Federiko Valverde ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Sportline.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. "Kral klubu" bu gün 23 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalayacaq. Yaxında bu sözləşmənin rəsmi olaraq açıqlanacağı bildirilib.

Qeyd edək ki, Valverdenin Madrid təmsilçisi ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.