"Real"da yeni müqavilə
Eduardo Kamavinqa "Real"la yeni müqavilə bağlayıb.
Sportline.az tanınmış jurnalist Fabrisio Romanoya istinadla xəbər verir ki, anlaşma uzunmüddətlidir.
Müqavilənin 2028-ci ilədək olduğu bildirilir.
Sərbəst qalma məbləği isə 1 milyard avro göstərilib.
Qeyd edək ki, Kamavinqa 2021-ci ildə 31 milyon avro qarşılığında "Real"a transfer olunub.