"Real"da yeni müqavilələr
“Real” aparıcı futbolçuları ilə müqaviləni yeniləyib.
Sportline.az məşhur idman jurnalisti Fabritsio Romanonun məlumatına əsasən xəbər verir ki, kral klubu 3 futbolçusu ilə müqavilə müddətini 1 il daha artırıb.
Kərim Benzema, Luka Modriç və Toni Kroos 2024-ci ilin iyun ayına qədər “Real Madrid”in şərəfini qoruyacaqlar.
Qeyd edək ki, Benzema 2009, Modriç 2012, Kroos isə 2014-cü ildən kral klubunda çıxış edir.