"Real"dan 2 cavabsız qol
"Real" La Liqanın 29-cu turunda səfərdə "Kadis"lə qarşılaşıb.
Sportline.az xəbər verir ki, oyunda Madrid təmsilçisi 2:0 hesablı qələbə qazanıb. 72-ci dəqiqədə Naço, 76-cı dəqiqədə isə Marko Asensio fərqləniblər.
Qeyd edək ki, turnir cədvəlinə 72 xall "Barselona" (28 oyun) liderlik edir. "Real" 62 xalla 2-ci, "Kadis" isə 31 xalla 15-cidir.