"Real"dan "Çelsi"yə qayıtmaq istəmir
"Çelsi"nin "Real"da icarə əsasında çıxış edən qapıçısı Kepa Arrisabalaqa Madrid klubuna vurulub.
Sportline.az xəbər verir ki, o, El Chiringuito nəşrinə müsahibəsində karyerasını kral klubunda davam etdirmək istədiyini bildirib.
"Əlbəttə ki, mən "Real"da qalmaq istəyərdim. Bunu kim istəməz ki, Burada çox xoşbəxtəm", - deyə Kepa istəyini büruzə verib.
Qeyd edək ki, "Real" Arrisabalaqanı cari mövsümün sonunadək icarəyə götürüb.
Transfermarkt.com portalında onun transfer qiyməti 18 milyon avrodur.