"Real"dan görünməmiş hərəkət

"Real" Çempionlar Liqasının yarımfinal oyununa daha yaxşı hazırlıq məqsədilə gözlənilməz addım atmağa hazırlaşır. 

Sportline.az xəbər verir ki, madridlilər La Liqa rəhbərliyindən "Real Sosyedad"la görüşün aprelin 27-sindən 26-sına keçirilməsini xahiş etmək niyyətindədirlər.

Bu haqda COPE məlumat yayıb.

Qeyd edək ki, Çempionlar Liqasının yarmfinalının "Bavariya" ilə qarşılaşması aprelin 30-da keçiriləcək.

Rəqiblər ilk olaraq Almaniyada üz-üzə gələcəklər.