"Real"dan heç-heçə
La Liqanın 16-cı turunda "Real" səfərdə "Elçe" ilə heç-heçə edib - 1:1.
"Elçe" - "Real" - 1:1
Qollar: Modriç, 20 (0:1), Çaves, 52-pen (1:1)
Bu nəticədən sonra Madrid təmsilçisi 33 xalla 2-ci, "Elçe" 16 xalla 15-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 35 xalla (14 oyun) "Atletiko" başçılıq edir. "Real Sosyedad" 26 xalla 3-cüdür.