"Real"ın mağazasını soydular
"Real Madrid"in Santyaqo Bernabeuda yerləşən mağazası bu səhər qarət edilib.
Sportline.az xəbər verir ki, bu barədə İspaniyanın "MARCA" nəşri məlumat yayıb.
İspaniya vaxtı ilə səhər saat 06:00 radələrində bir qrup cinayətkar avtomobillə yaxınlaşaraq, binanın fasad hissəsindəki aynaları qıraraq içəri daxil olublar. Soyğunçular üç avtomobili geyim formaları və digər məhsullarla ilə dolduraraq dərhal hadisə yerindən uzaqlaşıblar.
Polis avtomobilləri dövlət nömrə nişanları ilə tanımaq üçün stadionun müşahidə kameralarından çəkilmiş görüntüləri araşdırır. Güman edilir ki, hər üç avtomobil oğurluqdur.
Xatırladaq ki, hazırda Santyaqo Bernabeu stadionunda yenidənqurma işləri aparılır. Stadionun 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır.