"Real"ı kimlər tərk edir?
"Real"ın futbolçuları İsko , Marselo və Qaret Beylin bu yay klubdan ayrılmaq ehtimalı böyükdür.
Sportline.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi sözügedən oyunçuları satmaq niyyətindədir. Bildirilib ki, Karlo Ançelottinin baş məşqçi təyin edilməsinin bu qərara heç bir təsiri yoxdur.
Hər üç oyunçu satılacağı təqdirdə, "Real" maaşlardan 50 milyon avro qənaət edəcək.