"Real"ın alternativ variantı

Madrid "Real"ı Mbappenin transferi alınmadığı halda alternativ variant fikirləşib.

Sportline.az xəbər verir ki, madridlilərin bunun üçün əsas namizədi Rafael Leaodur.

By haqda "Defensa Central" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Kral klubu "Milan"ın portuqaliyalı ulduzunu bu məsələdə ən real namizəd hesab edir.

Qeyd edək ki, Kilian Mbappenin bu ay "Real"la bağlı mövzuya tam aydınlıq gətirəcəyi gözlənilir.