"Real"ın baş məşqçi postuna əsas namizəd

"Real" rəhbərliyi komandanın sükanını Xabi Alonsoya həvalə etmək niyyətindədir.

Sportline.az OKDiario nəşrinə istinadla xəbər verir ki, madridlilər onu Karlo Ançelottinin əvəzləyicisi kimi görürlər.

Ançelottinin 2024-cü ildə "Real"dan ayrılacağı gözlənilir.

Qeyd edək ki, 2022-ci ildən Leverkuzen "Bayer"ini çalışdıran Alonso bu ayın əvvəlində klubla müqavilənin müddətini 2026-cı ilədək uzadıb.