"Real"ın əsas heyət oyunçusu sıraya döndü

"Real"ın müdafiəçisi Antonio Rudiger zədəsini sağaldıb.

Sportline.az xəbər verir ki, mərkəz müdafiəçisi artıq komandanın ümumi məşqlərinə qatılıb.

Bu haqda "El Chiringuito" nəşri məlumat yayıb.

Qeyd edək ki, almaniyalı futbolçu ayağındakı zədə səbəbindən fevralın 2-dən yaşıl meydanlardan kənarda qalmışdı.

Bu mövsüm 30 oyuna çıxan Rudiger 2 qol və 1 asistlə yadda qalıb.