"Real"ın fanatları Benzema ilə vidalaşacaqlar

Bu bazar "Atletiko"ya qarşı oyun Kərim Benzemanın "Real"da son qarşılaşması ola bilər.

Sportline.az "El Larguero"ya istinadən xəbər verir ki, futbolçu və ətrafı bunu təkzib eləsə də, məsələnin artıq həll olunduğu bildirilir.

"Real" fanatları da bazar günü keçiriləcək görüşdə xüsusi vida aksiyasına hazırlaşırlar.

Qeyd edək ki, "Əl-İttihad" klubu Benzemaya mövsümə 100 milyon avroluq müqavilə təklif edib.