"Real"ın Holand sevdası alınmadı
Madrid "Real"ı Dortmund "Borussiya"sının forvardı Erlinq Holandın transferini reallaşdıra bilməyəcək.
Sportline.az xəbər verir ki, bu haqda britaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, madridlilər bunu maliyyə sıxıntısı ilə izah edirlər.
Bu yay PSJ-nin hücumçusu Kilian Mbappeni heyətə qatacaq kral klubunun daha bir ulduzun transferinə imkanı yoxdur.
Qeyd edək ki, Holandın transferinə iddialı klubların siyahısında "Real"ın da adı var idi.