"Real"ın hücum planı
"Real Madrid" bu yay hücum xəttinə yeni transfer etməyəcək.
Sportline.az Marca qəzetinə istinadla xəbər verir ki, ötən gecə "Espanyol"un forvardı Xoselunun icarə əsasında komandaya keçidini elan edən madridlilər bununla kifayətlənəcəklər.
Klub rəhbərliyi Kərim Benzema, Eden Azar və Marko Asensionun gedişinə rəğmən, indiki heyəti qənaətbəxş sayır.
"Real" əsas hədəfi olan Kilian Mbappeni 2024-cü ildə azad agent kimi heyətə qatmağı planlaşdırır.