"Real"ın Mbappe üçün ödəyəcəyi məbləğ açıqlandı
"Real"ın Mbappe üçün ödəyəcəyi məbləğ məlum olub.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Pako Buyo "El Chiringuito"nun efirində bildirib.
Onun sözlərinə görə madridlilər hazırda fransalı forvard üçün 120 milyon avro ödəməyə hazırdırlar.
PSJ rəhbərliyi isə Mbappe ilə 200 milyon avro müqabilində vidalaşmaq niyyətindədir.
İddiaya görə, transfer iyulun 23-də rəsmiləşə bilər.