"Real"ın sabiq futbolçusu karyerasını bitirdi
"Real"ın sabiq futbolçusu Dieqo Lopes karyerasını bitirib.
Sportline.az xəbər verir ki, bu haqda Mundo Deportivo nəşri məlumat yayıb.
O, 42 yaşında əlcəkləri ilə vidalaşıb.
Lopesin son klubu "Vilyareal" olub. Təcrübəli qolkiperin müqaviləsinin müddəti bu ilin iyulunda bitmişdi.
Qeyd edək ki, Lopes karyerası ərzində "Real", "Milan", "Vilyareal", "Sevilya" və "Espanyol" kimi komandaların formasını geyinib.