Rəqiblərini ülgücləyən futbolçunun cəzası açıqlandı

Oyun zamanı rəqiblərinə ülgüclə xəsarət yetirən "Amedspor"  klubunun futbolçusu Mansur Çaların cəzasını açıqlanıb.

Sportline.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi futboldan ömürlük uzaqlaşdırılıb. 

Qeyd edək ki, Türkiyə 3-cü divizionunda keçirilən  "Amedspor" - "Sakaryaspor" görüşü zamanı, futbolçular arasında mübahisə düşüb.

Bu zaman kürd əsilli oyunçu Mansur Çalar əlindəki ülgüclə rəqib oyunçulara müxətlif dərəcəli xəsarətlər yetirib.