Reşford "Bavariya"nın hədəfindədir
Ötən mövsümü "Barselona"da icarə əsasında keçirən Markus Reşford karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Bavariya" 28 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.
Bu haqda jurnalist Kristian Folk məlumat yayıb.
Qeyd edək ki, Reşford ötən mövsüm meydana çıxdığı 49 matçda 14 qol, 14 asistlə yadda qalıb.