Reşford bu qiymətə satılacaq
"Aston Villa"da icarə əsasında forma geyinən ingiltərəli futbolçu Markus Reşford yeni mövsümdən "Mançester Yunayted"də çıxış etməyəcək.
Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted"in rəhbərliyi Reşfordu 40 milyon avro qarşılığında satmağa hazırdır.
İspaniyanın "Barselona" klubu 27 yaşlı hücumçunu transfer etmək üçün hərəkətə keçib.
Qeyd edək ki, Reşfordun "Aston Villa"daki icarə müddəti iyunun 1-də başa çatacaq.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 11 qol 9 məhsuldar ötürmə müəllifi olub.