Reşford "Çelsi"də?

"Mançester Yunayted"in futbolçusu Markus Reşford karyerasını "Çelsi"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" nəşri məlumat yayıb.

28 yaşlı sol cinah vingeri ötən mövsümü icarə əsasında "Barselona"da çıxış edib. Kataloniya klubu Reşfordu birdəfəlik transfer etməyəcək.

Qeyd edək ki, İngiltərə millisinin üzvü ötən mövsüm meydana çıxdığı 49 matçda 14 qol, 14 asistlə yadda qalıb.

Banner