Reşford karyerasını La Liqada davam etdirə bilər

"Aston Villa"da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Markus Reşford karyerasını "Barselona"da davam etdirə bilər.

Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Reşford Kataloniya klubuna transfer olmaq istəyir.

27 yaşlı futbolçu maaşının azalmasınada razılıq verib. O, müqavilə əsasında "Mançester Yunayted" klubuna məxsusdur.

Qeyd edək ki, Markus Reşford bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 11 qol 9 asistlə yadda qalıb.

Onun transfer qiyməti 40 milyon avro olaraq təyin olunub. Təcrübəli futbolçunun "Aston Villa"daki icarə müddəti mövsümün sonunda başa çatacaq.