Fernando Rejes "Qalatasaray"da

Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Qalatasaray" heyətini gücləndirib. SportLine.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fernando Rejesi heyətinə cəlb edib. 

Super Liqa klubu futbolçunun müqavilə ilə məxsus olduğu "Mançester Siti"yə 5 milyon 250 min avro təzminat ödəyib.

F.Rejes növbəti üç ildə "Qalatasaray"ın uğurları üçün çaışacaq.