Reynaldo "Adanaspor"la danışıqlar üçün Türkiyədə
"Qarabağ"ın braziliyalı futbolçusu Reynaldo Silva "Adanaspor" klubu ilə danışıqlar aparmaq üçün Türkiyəyə yollanıb. SportLine.az xəbər verir ki, bu barədə "Qarabağ" klubunun Facebook səhifəsində məlumat verilib.
Onun 2,5 illik müqaviləyə qol çəkəcəyi gözlənilir.
Qeyd edək ki, Reynaldo “Qarabağ”a 2012/13 mövsümündə “Anderlext”dən gəlib.