"Reyncers"dən "Bormunt"a təklif var

Ötən mövsümü "Valensiya"da icarə əsasında keçirən ingiltərəli futbolçu Maks Aarons "Reyncers"in əsas transfer hədəfinə çevrilib.

Sportline.az "Daily Record"a istinadən xəbər verir ki, "Reyncers" M.Aarons üçün rəsmi təklif göndərib.

25 yaşlı sağ cinah müdafiəçisinin transfer qiyməti 6 milyon avrodur.

Qeyd edək ki, Aarons ötən mövsüm 9 rəsmi matçda iştirak edib.