Reynders İngiltərə nəhənginə transfer olmaq istəyir
"Milan"ın niderlandlı futbolçusu Ticcani Reynders klubdan ayrılmaq qərarına gəlib.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, Reynders İngiltərənin "Mançester Siti" klubuna transfer olmaq niyyətindədir.
26 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Reynders üçün "Mançester Siti" "Milan"la danışıqlara başlayıb.
O, bu mövsüm meydana çıxdığı 54 matçda 15 qol 5 asistlə yadda qalıb.