Reynders “Milan”dan ayrıla bilər

"Milan"ın niderlandlı futbolçusu Ticcani Reynders mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az jurnalist Mayk Mak Qretin məlumatına istinadən xəbər verir ki, "Mançester Siti" Reyndersi heyətinə qatmağı düşünür.

26 yaşlı yarımmüdafiəçinin "Milan"la müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Reynders bu mövsüm çıxış etdiyi 51 matçda 15 qol 5 asistlə yadda qalıb.