Reynders "Milan"dan ayrılır?
"Milan"ın niderlandlı futbolçusu Ticcani Reynders mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, "Mançester Siti" T.Reyndersi transfer etmək niyyətindədir.
26 yaşlı yarımmüdafiəçinin İtaliya klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, T.Reyndersin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 50 milyon avro olaraq qiymətləndirilir.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 54 matçda 15 qol 5 asistlə yadda qalıb.