Reyndersin "Milan"dan ayrılma ehtimalı var

"Milan"nın niderlandlı yarımmüdafiəçisi Ticcani Reynders klubdan ayrılacağı ilə bağlı xəbərlər dolaşmaqdadır.

Sportline.az "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" Reynderslə yaxından maraqlanır.

26 yaşlı futbolçu üçün İngiltərə klubu 50 milyon avroluq təklif hazırlayır.

Qeyd edək ki, Reyndersin "Milan"la müqaviləsi 2030-cu ilin yayına qədərdir.