Riberi "Qalatasaray"a qayıda bilər

Frank Riberi "Qalatasaray"a qayıda bilər.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray" sabiq futbolçusunu heyətinə cəlb etmək istəyir.

İstanbul klubu 36 yaşlı yarımmüdafiəçiyə 2 illik müqavilə təklif edib. Riberiyə illik 2 milyon avro maaş təklif edilib. Qeyd edək ki, təcrübəli futbolçu  2004/05-ci illər  mövsümündə "Qalatasaray"da çıxış edib.