Rio-2016: Nicat Şıxəlizadə 1/8 finalda uduzdu

Olimpiadanın növbəti günündə cüdo yarışları davam edir. SportLine.az xəbər verir ki, bu növdə daha bir medal ümidimiz - Nicat Şıxəlizadə tatamiyə çıxıb.

66 kq-dək çəki dərəcəsində mübarizə aparan idmançımız ilk görüşünü 1/16 final mərhələsində ispaniyalı Suqoi Uriarteyə qarşı keçirib. Qarşılaşma təmsilçimizin qələbəsi ilə yükunlaşıb.

1/8 finalda isə idmançımızın rəqibi italiyalı Fabio Bazile olub. Gənc rəqibi qarşısında uğursuz çıxış edən Nicat ipponla məğlub olaraq yarışı başa vurub.

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.