Robert Prosineçki qayıdır

Millimizin sabiq baş məşqçisi Robert Prosineçki yenidən Türkiyəyə qayıda bilər.

Sportline.az qardaş ölkınin medaiasına istinadən xəbər verir ki, uğursuz nəticələr səbəbi ilə Bülent Uyğunu istefaya göndərən "Kayserispor"un  rəhbərliyi 50 yaşlı xorvatiyalı mütəxəssislə danışıq aparır.

Kayseri təmsilçisi 17 turdan sonra çempionatda 10 xalla sonuncu pillədə qərarlaşıb. 

Prosineçkinin dönüşü rəsmiləşəcəyi təqdirdə, o, komandanın cari mövsümdə 3-cü baş məşqçisi olacaq.

Qeyd edək ki, Prosineçki AVRO-2020-nin seçmə mərhələsi başa çatandan sonra Bosniya və Herseqovina millisindən istefaya göndərilib. O, 2012-2013-cü illərdə "Kayserispor"da, 2014-2017-ci illərdə isə Azərbaycan millisində çalışıb.