Robinyo "Başakşəhər"dən ayrılır

"Başakşəhər”in futbolçusu Robinyo vətəni Braziliyaya qayıtmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb. 36 yaşlı hücumçunun yeni mövsümdən “Santos”un formasını geyinəcəyi bildirilib. Robinyonun yeni klubunda aylıq 92,05 min avro qazanacağı da qeyd olunub.

“Santos”un yetirməsi olan Robinyo, karyerası ərzində “Real”, “Mançester Siti”, “Milan” kimi klublarda çıxış edib. O, Braziliya millisində 100 oyun keçirib.

Qeyd edək ki, 2019-cu ilin yanvarından “Başakşəhər”də çıxış edən Robinyonun müqaviləsi mövsümün sonuna qədərdir.