"Roma" "Arsenal"dan 50 milyon avro tələb edir
"Arsenal" fransalı yarımmüdafiəçi Manu Koneni heyətinə cəlb etmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Roma" 25 yaşlı futbolçu üçün London klubundan 50 milyon avro tələb edir.
Qeyd edək ki, M.Kone "Arsenal"a keçməyə istəklidir.