"Roma" "Atalanta"nın baş məşqçisinə göz qoydu

"Roma" klubu yeni baş məşqçi axtarışına çıxıb.

Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Roma"nın rəhbərliyi klubun sükanı arxasına "Atalanta"nın baş məşqçisi Can Piero Qasperinini gətirmək niyyətindədir.

67 yaşlı mütəxəsisin Berqamo klubu ilə müqaviləsi iyun ayının 1-də başa çatacaq.

Qeyd edək ki, "Roma" 2024-25 mövsümünü İtaliya A Seriyasında 69 xalla 5-ci pillədə tamamladı.