Roma klubu "Beşiktaş"ın futbolçusuna göz qoydu

"Latsio" "Beşiktaş"da forma geyinən portuqaliyalı futbolçu Gedson Fernandeşlə yaxndan maraqlanır.

Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Roma klubu Gedson üçün 15 milyon avro ödəməyə hazırdır.

Lakin "Beşiktaş"ın rəhbərliyi 26 yaşlı yarımmüdafiəçi üçün ən azı 20 milyon avro tələb edir.

Qeyd edək ki, Gedson Fernandeşin klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.