“Roma” yeni baş məşqçi axtarışına çıxıb

"Roma" italiyalı çalışdırıcısı Kladio Ranyeri ilə yollarını ayırıb.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, "Nottingem Forest"in baş məşqçisi Nuno Espirito Santo "Roma"nın sükanı arxasına keçə bilər.

51 yaşlı mütəxəsisin İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, Espirito Santo "Roma"nı çalışdırmağa müsbət yanaşır.