Romero "Tottenhem"dən ayrılır

"Tottenhem"in futbolçusu Kristian Romero klubdan ayrılmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikola Şıkira məlumat yayıb.

28 yaşlı oyunçu karyerasını İspaniya La Liqasında davam etdirə bilər. "Atletiko" argentinalı müdafiəçi ilə ciddi şəkildə maraqlanır.

Qeyd edək ki, K.Romero 2022-ci ildən "Tottenhem"də çıxış edir.

Banner