"Ronaldinyo"nun oğlu "Barselona"da
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun oğlu Joao Mendeş de Assis Moreyra atasının sabiq klubu "Barselona"da çıxış edə bilər.
Sportline.az "Sport.es" saytına istinadən xəbər verir ki, Braziliyanın "Kruzeyro" klubu ilə müqaviləsini pozan 17 yaşlı hücumçu hazırda Kataloniya təmsilçisində baxışdadır.
Qərarı klubun gənclərdən ibarət komandasının məşqçiləri verəcək.
Qeyd edək ki, Ronaldinyo 2003 - 2008-ci illərdə "Barselona"da oynayıb. O, 2016-cı ildən klubun rəsmi səfiridir.