Ronaldo nəhayət evləndi
Braziliya futbolunun canlı əfsanəsi Ronaldo ailə həyatı qurub.
Sportline.az Marca nəşrinə istinadla xəbər verir ki, ikiqat dünya çempionu model Selina Loksla evlənib.
Onlar 7 illik tanışlıqdan sonra nikaha girmək qərarına gəliblər.
Bu münasibətlə təşkil olunan ziyafətdə 400 qonağın iştirak etdiyi bildirilir.
Toy mərasimi Ronaldonun İbitsadakı mülkündə təşkil edilib.