Ronaldo "Real"a qayıtmaq istəyir

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo "Real"a qayıtmaq istəyir.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu bunun üçün minimum maaş almağa da razıdır.

Xatırladaq ki, Ronaldo "Real"ın bazasında meydançaların birində məşq edir.

Qeyd edək ki, Ronaldo 2009-2018-ci illərdə Madrid təmsilçisində oynayıb. O, noyabrda "Mançester Yunayted"dən ayrılıb və hazırda azad agentdir.