Ronaldu seksual zorakılıqda ittiham olunur
"Əl-Nəsr"in forvardı Kriştianu Ronaldudan seksual zorakılıqla bağlı şikayət olunub.
Sportline.az "Sky Sports"a istinadla xəbər verir ki, bununla bağlı məhkəmə işi qaldırılıb.
2018-ci ildə model Ketrin Mayorqa Ronaldunun onu 2009-cu ildə zorladığını bildirmişdi.
Onun sözlərinə görə portuqaliyalı ulduz susması üçün ona 375 min dollar verib.
O, isə 56,5 milyon funt sterlinq tələb etdiyində məhkəmə onun tələbini qəbul etməmişdi.
İndi Mayorqa və vəkillləri həmin məsələni yenidən qaldırmaq qərarına gəliblər.