Rusiya klubu baş məşqçisiz qaldı

Rusiyanın “Rubin” klubunun baş məşqçisi Roman Şaronov istefaya göndərilib.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 43 yaşlı məşqçinin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib.

O, bu ilin yayında Kurban Berdıyevin istefasından sonra “Rubin”i çalışdırırdı.

Qeyd edək ki, Kazan təmsilçisi hazırda 19 xalla 16 komanda arasında 13-cü yerdədir.