Rusiyalı futbolçu atasını qətlə yetirib
Vaxtilə perspektivli futbolçulardan sayılan Anton Adariçev atasını qətlə yetirib.
Sportline.az sovsport.ru-ya istinadla xəbər verir ki, "Rubin" akademiyasının sabiq futbolçusu pul qoyuluşu aludəçiliyi üzündən oğurluqla məşğul olurmuş.
Son dəfə öz evlərindən televizor oğurladığına görə atası ilə aralarında mübahisə yaranıb.
Nəticədə 62 yaşlı valideyni oğlu tərəfindən aldığı ardıcıl bıçaq zərbələrindən yerindəcə dünyasını dəyişib.
Anton Adariçev 13 il müddətinə azadlıqdan məhrum edilib.