“Sabah”da ayrılıq

“Sabah” futbolçusu Con İrasabal ilə yollarını ayırıb.

Klubdan Sportline.az-a verilən məlumata görə, müdafiəçinin başa çatan müqavilə müddəti yenilənməyib.

2022-ci ildən "bayquşlar"ın formasını geyinən Con İrasabal bu müddət ərzində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb. O, "Sabah"la birgə Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.