Sabiq "Barsa"lı "Fənərbaxça" yolunda
"Barselona"nın akademiyasında yetişən Boyan Krkiç "Fənərbaxça"nın hədəfindədir. SportLine.az Sport.es saytına istinadən xəbər verir ki, İstanbul klubu yay transfer pəncərəsində futbolçunu heyətinə qatmaq istəyir. La Liqa təmsilçilərindən "Espanyol" da B.Krkiçin xidmətində maraqlıdır.
Hazırda icarə əsasında "Maynts"da çıxış edən hücumçunun transfer hüquqları "Stok Siti"yə məxsusdur.
Qeyd edək ki, bir vaxtlar Lionel Messinin xələfi kimi dəyərləndirən futbolçu etimadı doğrultmayıb. "Barselona"dan göndərilən B.Krkiç "Roma", "Milan", "Ayaks" və "Stok Siti"nin şərəfini qoruyub.