Sabiq "Barselona"lı "Latsio"ya keçdi
İtaliyanın "Latsio" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, son olaraq "Roma"nın formasını geyinmiş Pedro Rodriges transfer edilib.
34 yaşlı ispaniyalı vinger yeni klubunda 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, İspaniya "Barselona"sının yetirməsi olan Pedro Rodriges İngiltərədə "Çelsi"nin də şərəfini qoruyub.