Sabiq "Fənərbağça"lı "Beşiktaş"a keçə bilər

"Fənərbağça"nın sabiq qapıçısı Altay Bayındır "Beşiktaş"ın transfer hədəfinə çevrilib.

Sportline.az "Posta" nəşrinə istinadən xəbər verir ki, "Beşiktaş" Altay Bayındırı transfer etmək üçün "Mançester Yunayted"lə görüşmələrə başlayıb.

27 yaşlı kiperin transfer qiyməti 6 milyon avro olaraq təyin olunub. Lakin "Beşiktaş"ın rəhbərliyi İngiltərə klubuna 3 milyon avro təklif edib. O bu mövsüm çıxış etdiyi 9 matçda qapısında 18 top görüb.

Qeyd edək ki, Altay Bayındır 2023-cü ilin yayında "Fənərbağça"dan "Mançester Yunayted"ə 5 milyon avro qarşılığında transfer olmuşdu.